İran Yəmənə nota verib

İran Yəmənə nota verib
# 07 avqust 2013 09:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Yəmənə təkrar nota verib. APA-nın məlumatına görə, bununla bağlı Yəmənin İrandakı səfirliyinin müvəqqəti işlər vəkili ikinci dəfə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb İranın Yəməndəki səfirliyinin diplomatı Nurəhməd Nikbəxtin iyulun 21-də bir qrup silahlı şəxs tərəfindən paytaxt Səna şəhərində qaçırılması və indiyədək ondan heç bir xəbər alınmamasıdır.

Görüşdə İran XİN bir daha öz narahatlığını Yəmən səfirliyinin müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb və rəsmi Sənanın diplomatının təhlükəsizliyinə görə məsuliyyət daşıdığını xatırladıb. İran tərəfi həmçinin N.Nikbəxtin xilas edilməsi üçün Yəmən hökumətini ciddi addımlar atmağa çağırıb. Yəmən səfirliyinin müvəqqəti işlər vəkili İran hökumətinin bununla bağlı narahatlığını öz dövlətinin rəsmilərinin diqqətinə çatdıracağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR