VI Rusiya-Azərbaycan Regionlararası Forum Yekaterinburqda keçiriləcək

VI Rusiya-Azərbaycan Regionlararası Forum Yekaterinburqda keçiriləcək
# 01 iyul 2014 12:21 (UTC +04:00)

APA-Economics”in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Sverdlovsk vilayətinin qubernatorunun informasiya siyasəti departamentindən məlumat veriblər.

Xatırladaq ki, V Azərbaycan-Rusiya Regionlararası Forum iyunun 23-24-də Qəbələdə baş tutub.

Ural İqtisadiyyat Universitetinin rektoru Mixail Fyodorov bildirib ki, növbəti forumda həmçinin Böyük Vətən müharibəsinin 70 illiyi ilə əlaqədar meydan yaradılacaq və bu meydanda iki ölkənin gəncləri qələbəni qeyd edəcək.

Qeyd edək ki, Yekaterinburq Rusiyada paytaxt Moskvadan sonra Azərbaycanla ikinci ən böyük ticarət dövriyyəsinə malik şəhərdir. Həmçinin, bu qərarın qəbul olunmasına səbəb Uralda bu gün ən böyük Azərbaycan diasporu fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR