Qubada körpü uçub, yük maşını çaya düşüb - YENİLƏNİB - VİDEO

Qubada körpü uçub, yük maşını çaya düşüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2013 09:08 (UTC +04:00)

“Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, normadan bir neçə dəfə artıq yüklənmiş “Shacman” markalı ağır tonnajlı maşın bu gün səhər saatlarında Quba-Xınalıq avtomobil yolunun 26-cı km-də, Qımıl kəndi istiqamətində, Qudyalçay üzərindəki körpünü uçurub.

Hadisə nəticəsində avtomobil çaya düşüb.

“Hazırda əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Lazım işlər görülür”, - deyə o, bildirib.

Bir aşırımlı körpünü uzunluğu 18 m, eni isə 4 metrdir.

***

saat 11:25

Quba. Vəli Turan - APA. Bu gün Quba rayonunda körpü uçub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kəndlərarası yolu birləşdirən körpü ağır tonnajlı “Shacman” markalı yük avtomobilinin ağırlığına dözməyərək çöküb. Nəticədə yük avtomobili Qudyalçaya düşüb. Sürücü müxtəlif bədən xəsarətləri alıb.

Qeyd edək ki, körpü 2008-ci ildə inşa olunub. Uzunluğu 18 metr, eni isə 4 metrdir. Körpü rayonun Küsnətqazmalar, Qımılqazmalar kəndinlərini Quba-Xınalıq yolu ilə birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR