Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar və qar yağacaq

Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar və qar yağacaq
# 15 noyabr 2013 09:26 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, gündüz külək mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 16-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə instensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Aran rayonlarında gecə 5-10, gündüz 11-16 dərəcə, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR