Azərbaycan prezidentinin Avstriyaya işgüzar səfəri başa çatıb

Azərbaycan prezidentinin Avstriyaya işgüzar səfəri başa çatıb
# 19 noyabr 2013 15:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya işgüzar səfəri noyabrın 19-da başa çatıb.

APA-nın məlumatına görə, Vyananın Şvexat Beynəlxalq Aeroportunda prezident İ. Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Qeyd edək ki, İ. Əliyev səfər çərçivəsində Avstriya prezidenti Haynts Fişerlə görüşüb. Azərbaycan dövlət başçısı Vyanada Ermənistan prezidenti Serj Sarkisyanla da bir araya gələrək, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR