Azərbaycanda aparılan ilkin tibbi-sosial ekspertizanın nəticələri araşdırılıb

 Azərbaycanda aparılan ilkin tibbi-sosial ekspertizanın nəticələri araşdırılıb
# 29 dekabr 2013 08:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilkin tibbi-sosial ekspertiza müayinələrinin araşdırılması işlərini başa çatdırıb. Belə ki, Nazirlik tərəfindən 2 300 nəfərə - ilkin əllilik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə əllilik arayışlarının verilməsi təmin olunub. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.


Onun sözlərinə görə, Nazirlik əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi üçün 8 işçi qrupu yaradıb.


O, qeyd edib ki, yoxlamalar zamanı respublika üzrə 16 850 nəfərin ilkin əllilik sənədlərindən 3 653 nəfərinin sənədləri yoxlanılıb və təsdiq edilib: «11 729 nəfərin ilkin əlillik sənədləri həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb. Əyani müayinəsi aparılmış şəxslərin 6,4%-i barədə əlavə müayinə təyin olunub. Qalan 9,3% tam reabilitasiya, 8,2% hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət olunmuş şəxslərin 11,1%-ı müayinəyə gəlməyib».


Qeyd edək ki, işçi qrupu tərəfindən 13 606 nəfərə ilkin əlillik təyin olunub. Bu gündən etibarən onlara müvafiq müayinə aktından çıxarışlar təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR