Lord Maykl German: “Azərbaycan hakimiyyətini dəvət edirəm ki, seçkilərdən sonra da siyasi debatlar üçün televiziya məkanını açıq elan etsin” - FOTO

Lord Maykl German: “Azərbaycan hakimiyyətini dəvət edirəm ki, seçkilərdən sonra da siyasi debatlar üçün televiziya məkanını açıq elan etsin” - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycanda oktyabrın 9-da şəffaf, peşəkarcasına keçirilmiş seçkinin şahidi oldum. Seçki prosesi beynəlxalq standartlara uyğun keçirildi”. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniya Lordlar Palatasının üzvü Maykl German prezident seçkilərində apardığı müşahidələrin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Mili Məclisin dəvəti ilə Azərbaycanda seçkiləri müşahidə etdiyini deyən M. German Bakının 2 rayonunda səsverməni müşahidə etdiyini və bir məntəqədə səslərin sayılması prosesini izlədiyini söyləyib. Lord qeyd edib ki, kiçik texniki problemlər mövcud olsa da, onlar ümumilikdə nəticələrə təsir edə biləcək səviyyədə deyil.

M. German onu da əlavə edib ki, seçkiləri çoxlu sayda xarici və yerli müşahidəçi izləyib: “İnsanlar həvəslə gəlir, səs vermək üçün növbədə dayanırdılar. Heç bir məntəqədə polisə rastlaşmadım. Videokameralardan istifadə şəffaflığı təmin edirdi. Səslərin sayılması da müşahidəçilərin iştirakı ilə həyata keçirildi. Yerli müşahidəçilərlə söhbətimiz əsasında belə qənaətə gəldim ki, seçkiöncəsi debatlar seçkilər barədə məlumatlandırma baxımından əhəmiyyətli olub. Mən Azərbaycan hakimiyyətini dəvət edirəm ki, gələcəkdə seçkilərdən sonra da siyasi debatların aparılması üçün televiziya məkanın açıq elan etsin”.

M. German Azərbaycan hakimiyyətini seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR