ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıta səfər edib - FOTO

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıta səfər edib - <span style="color: red;">FOTO
# 20 avqust 2013 12:47 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Sumqayıta səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, D. Hoqan öncə Demokratiya və İnsan Haqları Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Sonra o, Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşərək şəhər haqqında daha ətraflı məlumat alıb.

Müvəqqəti işlər vəkili Sumqayıtdakı ABŞ Təhsil Mərkəzinə baş çəkib və burada ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb. “Mübadilə proqramları ilə ABŞ-a səfər edən azərbaycanlı məzunların yüksək səviyyəsi məndə daim müsbət təəssürat yaradır. Bu şəxslər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında güclü bağ qurmağa kömək edirlər”, deyə o, bildirib.

Daha sonra diplomat Sumqayıtda və ətraf ərazilərdə xidmət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə bir araya gəlib. D. Hoqan Sumqayıt Texnologiyalar Parkında gəzinti və Sumqayıt Gənclərinin Hüquqi Təhsil İctimai Birliyinin nümayəndələri ilə görüşlə səfərini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR