Azərbaycanda tikinti materiallarının istehsalı 17,4% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 17,4% artıb
# 23 noyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 17,4% artaraq 287,4 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkədə sement istehsalı 4,5% artaraq 1,7 mln. ton, tikinti gipsi istehsalı 33,8% artaraq 153,4 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 11,4% artaraq 1151,5 min ton olub.

Bu il noyabrın 1-nə müəssisələrin anbarlarında 17,6 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,7%-i qədər hazır məhsul ehtiyatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR