Ketrin Eşton Kiyevdə Ukraynanın müxalifət liderləri ilə görüşüb

Ketrin Eşton Kiyevdə Ukraynanın müxalifət liderləri ilə  görüşüb
# 24 fevral 2014 22:05 (UTC +04:00)

APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, müxalifətin liderləri Arseniy Yatsenyuk (“Batkivşina”), Vitali Kliçko (UDAR) və Oleq Tyaqnibok (“Svoboda”) ilə Eşton Ukraynadakı vəziyyəti və iqtisadi böhrandan çıxış yollarını müzakirə edib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı bəyan edib ki, yeni hökumətin formalaşdırılmasından sonra Avropa Birliyi Ukraynaya yardım edəcək.

Ketrin Eşton, həmçinin, Regionlar partiyasının nümayəndəsi Aleksanr Yefremov ilə görüşüb. Yefremov partiyasının səhvlərini etiraf edərək hazırkı hökuməti onları təkrarlamamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR