“Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası işıq üzü görüb

“Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası işıq üzü görüb
# 16 oktyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası işıq üzü görüb.

APA-nın məlumatına görə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin tərtib etdiyi “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İlk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində çapdan çıxan əsərdə Azərbaycan, Türkiyə, Orta Asiya klassiklərinin şeirləri toplanıb. Kitabın redaktoru Arif Ramazanov, ön söz müəllifi filologiya elmləri doktoru Paşa Kərimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR