«PAŞA Həyat» şirkəti daha bir iri sığorta ödənişi həyata keçirib

«PAŞA Həyat» şirkəti daha bir iri sığorta ödənişi həyata keçirib
# 22 oktyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödəniş həyata keçirib.

Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin 70%-ni itirib.

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»nın müvafiq bəndinə uyğun olaraq, zərərçəkmiş şəxsə «PAŞA Həyat» tərəfindən 33 935 manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq «PAŞA Həyat Sığorta» tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında sözügedən sığorta növü üzrə 639 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,7 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR