Türkiyədə "Tarixdən Günümüzə Türkiyədə Yaşayan Azərbaycan Türkləri" adlı kitab nəşr olunub - FOTO

Türkiyədə "Tarixdən Günümüzə Türkiyədə Yaşayan Azərbaycan Türkləri" adlı kitab nəşr olunub - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 06:53 (UTC +04:00)

SAM-dan APA-ya verilən məlumata görə, iki hissədən ibarət olan kitabın müəllifləri Giresun Universitetinin rektoru Prof. Dr. Aygün Attar və Balıkəsir Universitetinin müəllimi Dos. Dr. Sebahettin Şimşirdir.

Azərbaycan türklərinin Anadolu coğrafiyasına köç etdiyi ilk dövrlərdən 1920-ci ilə qədər olan dövr Prof. Dr. Aygün Attar tərəfindən təsvir edilib. Bu dövrdə azərbaycanlıların Anadoluya köçü və Anadolunun türkləşdirilməsində Azərbaycan coğrafiyasının bir körpü olaraq oynadığı roldan bəhs olunub. Cənubi Qafqazın Rusiya imperatorluğu tərəfindən işğalı və burada Ermənistanın qurulmasının nəticəsində azərbaycanlıların Anadoluya köçü bu fəsildə öz əksini tapıb.

Bu dövrdə azərbaycanlıların Anadoluya köçünün üç səbəbi kitabda təsvir edilir: siyasi, ticari və intellektual köç. Ayrıca bu fəsildə azərbaycanlıların Anadoluya köçünün qarşısındakı inanc, coğrafi və iqtisadi əngəllərdən də bəhs olunur. Bu fəsil bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi nəticəsində Azərbaycanın siyasi və intellektual liderlərinin Türkiyəyə köçü və orada siyasi düşüncənin formalaşmasına təsirlərindən danışır, Əli Bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlu kimi şəxslərin Türkiyə siyasi həyatına təsirindən bəhs edir. Bu üç şəxsin digər azərbaycanlı intellektuallarla birlikdə Türkiyədə çıxardığı “Yeni Qafqaz”, “Azəri-Türk” və “Odlu Yurd” kimi nəşrlər haqqında ətraflı məlumat verilmişdir.

Kitabın ikinci fəsli Balıkəsir Universitetinin müəllimi Dos. Dr. Sebahettin Şimşir tərəfindən yazılıb. Şimşir ikinci fəsildə daha çox bolşeviklərin AXC-ni işğal etməsi nəticəsində Türkiyəyə köç edən intellektualların ayrı-ayrılıqda həyat və yaradıcılığından bəhs edib. Naki Keykurun, Əli Bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Almas İldırım, Mirzə Bala Məmmədzadə, Məhəmməd Kəngərli kimi 50-yə yaxın azərbaycanlının həyat və yaradıcılığı haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR