Bakıda zəncirvari qəza olub, 5 maşın toqquşub - FOTO

Bakıda zəncirvari qəza olub, 5 maşın toqquşub - <span style="color: red;">FOTO
# 20 oktyabr 2013 22:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Bakıda zəncirvari qəza olub, 5 maşın toqquşub.

APA-nın hadisə yerində olan muxbirinin verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Binəqədi şosesində qeydə alınıb. Qəza nəticəsində, ”90-MC-028” dövlət nömrə nişanlı ”Volkswagen” markalı avtomobil, “10-UG-327” dövlət nömrə nişanlı “Vaz 2107”markalı avtomobil, “90 –CJ-024 markalı” və dövlət nömrə nişanı məlum olmayan 2 Hyundai markalı avtomobil, “99-EF-114” dövlət nömrə nişanlı ”Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Baş verən ərazidə böyük tıxac yaranıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR