Pakistanın təhsil naziri: “Azərbaycanın dünyadakı nüfuzu artıb”

Pakistanın təhsil naziri: “Azərbaycanın dünyadakı nüfuzu artıb”
# 13 noyabr 2013 08:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda səfərdə olan Pakistanın təhsil naziri Muhamməd Əlbaliç Ur Rahman Qafqaz Universitetinin qonağı olub. APA-nın xəbərinə görə, görüşdə ali məktəbin rektoru Ahmet Saniç qonağa universitet haqqında məlumat verib. Qafqaz Universitetində pakistanlı tələbələrin təhsil aldığını deyən A.Saniç bildirib ki, onların təhsilindən çox razıdırlar. Rektor universitetdə pakistanlı tələbələrin sayının artmasından məmnun olacağını qeyd edib.

Pakistanın təhsil naziri Muhamməd Əlbaliç Ur Rahman ölkəsində fəaliyyət göstərən türk məktəblərinin fəaliyyətindən çox razı olduqlarını bildirib. Azərbaycan dövlətinin dünyadakı nüfuzunun artdığını deyən nazir buradakı inkişafın yüksək səviyyədə olmasına sevindiyini, Qafqaz Universitetinin müasir maddi-texniki bazaya malik olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR