Dow Jones indeksi 0,1% enib, S&P 500 0,03%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,03%, Nasdaq 0,4% yüksəlib
# 13 mart 2014 06:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 340 bəndədək enib, S&P 500 0,03% - 1 868 bəndədək, Nasdaq 0,4% - 4 323 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər təsir edib.

Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 1,0% - 6 621 bəndədək, Almaniya DAX-ı 1,3% - 9 189 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 306 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 372,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3903 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR