Slovakiyada 15 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir

Slovakiyada 15 namizədin iştirakı ilə prezident seçkiləri keçirilir
# 14 mart 2014 22:16 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hazırkı baş nazir Robert Fitso daxil olmaqla, prezident postu uğrunda 15 nəfər mübarizə aparır.

Son sorğuların nəticələrinə görə, seçicilərin 35%-ı Robert Fitsoya səs verməyə hazırdırlar. Onun əsas rəqibi – bitərəf sahibkar Andrey Kiskadır. Onu səs vermə hüququ olanların 25%-ı dəstəkləyir. Digər namizədlər arasında siyasətçilər, sahibkarlar, həkimlər və müəllimlər var.

Slovakiyanın hazırkı prezidenti İvan Qaşparoviç postunu iki müddət, 2004-cü ildən tutduğundan qanunvericiliyə uyğun olaraq seçkilərdə iştirak etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR