İstanbulda NATO Sənaye Forumu keçiriləcək

İstanbulda NATO Sənaye Forumu keçiriləcək
# 11 noyabr 2013 07:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 14-də Türkiyənin İstanbul şəhərində NATO Sənaye Forumu keçiriləcək.

APA-nın Forumun təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, bir günlük tədbirin açılışını Türkiyə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar edəcək.

Tədbir çərçivəsində NATO-nun hərbi sənaye sektorunda gələcək baxışları müzakirə olunacaq. Avropa və Amerikanın böyük müdafiə şirkətlərinin nümayəndələri çıxışlar edəcəklər.

Foruma Azərbaycandan da nümayəndələr qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR