Noyabrdan Yekaterinburq-Lənkəran aviareysi açılır

Noyabrdan Yekaterinburq-Lənkəran aviareysi açılır
# 11 oktyabr 2013 07:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rusiyanın “İrAero” aviaşirkəti noyabrın 5-dən yeni Yekaterinburq-Lənkəran-Yekaterinburq aviareysini açacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, Ural paytaxtından uçuşlar hər həftənin cümə axşamı günləri həyata keçiriləcək.

Təyyarə Yekaterinburqdan saat 11.00-da çıxacaq və saat 13.20-də Lənkəranda olacaq. Uçuş 3 saat davam edəcək.

Qeyd edək ki, Yekaterinburq-Lənkəran-Yekaterinburq istiqamətində uçuşlar Kanada istehsalı olan rahat, müasir, sürətli “CRJ-200” təyyarələrində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR