Misirdə baş vermiş toqquşmalar nəticəsində 4 nəfər ölüb, 140 nəfər yaralanıb - YENİLƏNİB

Misirdə baş vermiş toqquşmalar nəticəsində 4 nəfər ölüb, 140 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 04 oktyabr 2013 21:34 (UTC +04:00)

Bakı-APA. Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş toqquşmalar nəticəsində ən azı 4 nəfər ölüb, 140 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu yerli KİV-ə Misirin daxili işlər naziri Seyid Şəfiq deyib.

Qeyd edək ki, bundan öncə toqquşmalar zamanı bir nəfərin öldüyü bildirilirdi.

*** 23.48

Bakı-APA. Misirin devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə Qahirə polisi arasında toqquşmalar olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Misir paytaxtının mərkəzində atəş səsləri eşidilir. İslamçıların polislə toqquşmaları paytaxtın digər rayonlarında, habelə İsgəndəriyyə şəhərində qeydə alınıb.

“Əl-Cəzirə” telekanalı isə Misirdəki toqquşmalar nəticəsində ölən və yaralananlar haqqında məlumat yayıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Əhməd əl-Ansarinin dediklərinə istinad edən telekanalın xəbərinə görə, Gizə şəhərində bir nəfər ölüb, bir nəfər yaralanıb. Qahirədəki toqquşmalarda yarananların sayı isə 8-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR