ABŞ-ın Hərbi-Hava Qüvvələrində qalmaqal baş verib

ABŞ-ın Hərbi-Hava Qüvvələrində qalmaqal baş verib
# 16 yanvar 2014 00:28 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li-Ceyms və Baş Qərargah rəisi Mark Uelş Pentaqonda mətbuat konfransı keçirərək, ölkənin 6 hərbi-hava bazasında 11 zabitin narkotik qəbul etməsi və narkotik maddələrin yayılmasının üzə çıxmasını bəyan ediblər. Hərbçilərdən üçü Montana və Şimalı Dakota ştatlarında yerləşən nüvə başlıqlı bazalarda döyüş növbətçiliyində olublar.

Eyni zamanda, raket bazalarında xidmət edən 34 zabitin müntəzəm həyata keçirilən adi yoxlamaların nəticələrini saxtalaşdırmaqla komandanlığı aldatdığı üzə çıxıb. Hərbi intizamı pozanların hamısı vəzifələrindən kənarlaşdırılıblar.

Hazırda məsələ ilə Hərbi-Hava Qüvvələrinin daxili təhqiqatlar üzrə xüsusi xidməti məşğul olur. Sonda Müdafiə nazirliyi və ABŞ silahlı qüvvələrinin qərargah rəisləri Komitəsi təqsirkar bilinən hərbçilər haqqında qərar qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR