Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evi Təhsil Nazirliyinin tabeliyinə verilib.
Ailə tipli kiçik qrup evinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.