«Bank Avrasiya»nın aktivləri son bir ildə 25% artıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 25% artıb
# 24 oktyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 79,009 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 36,6% artaraq 50,009 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 7,045 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 2,3 dəfə çoxdur.

Bankın depozit portfeli son bir ildə 36,8% artaraq 44,047 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 38,427 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 26,3% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 8,6% artaraq 22,807 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 20,000 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 36,7% artaraq 3 330, o cümlədən fiziki şəxslərin sayı 38,0% artaraq 3 096, hüquqi şəxslərin sayı 21,9% artaraq 234 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 2 364-ə bərabər olub ki, bu da illik müqayisədə 30,5% çoxdur. O cümlədən, debet kartların sayı 27,8% artaraq 1 264-ə, kredit kartların sayı 33,7% artaraq 1 110-a çatıb.


Hazırda bankın ölkə üzrə 1 filialı, 8 bankomatı, 162 POS-terminalı fəaliyyət göstərir. Bankın 48 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR