Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışına başlanılıb - VİDEO

Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışına başlanılıb - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 13:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) şəhərlərarası və beynəlxalq müntəzəm reyslərlə yola düşən avtobuslara onlyan bilet satışına (www.mtrans.az) başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, onlayn şəkildə bilet sifariş verən şəxslər həmin avtobus yola düşməzdən bir saat öncə biletlərini əldə edə bilərlər.

N.Həsənov bu yeniliyin üstünlüyündən danışarkən bildirib ki, biletlərin onlayn satış sistemi ilk növbədə vaxta qənaət etmək imkanı verir: «Məsələn, adətən bayram günləri ərəfəsində sərnişin sıxlığı müşahidə olunur. Buna görə də 10 gün əvvəlcədən avtovağzala gedib, bilet almaq lazım olurdu. Lakin artıq onlayn sistemlə avtovağzala getmədən bilet almaq mümkündür».

Nazirlik nümayəndəsi həmçinin bu sistemin şəffaflığa da yol açdığını deyib. O, bildirib ki, satışda olan biletlərin sayı dəqiqliklə göstəriləcək: «Bu sistem avtovağzal əməkdaşlarının da işini rahat edəcək».

Həmçinin, onlayn bilet alışını plastik kart vasitəsi ilə də ödəmək mümkündür.

N.Həsənov eyni zamanda yeni sistemin tətbiqi nəticəsində şəhərlərarası və beynəlxalq avtobus reyslərinə biletlərin qiymətlərində heç bir dəyişikliyin olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR