Baş Prokurorluğun Elm-Tədris Mərkəzində mülki müdafiə üzrə məşğələ keçirilib - FOTO

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində mülki müdafiə üzrə məşğələ keçirilib - <span style="color: red;">FOTO
# 17 may 2013 15:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluğun Elm-Tədris Mərkəzində mülki müdafiə üzrə məşğələ keçirilib. Məşğələ Fövqəladə Hallar Nazirliyi (FHN) ilə razılaşdırılmaqla təsdiq edilmiş Baş Prokurorluğun 2013-cü il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və FHN-in Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə baş tutub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı Baş Prokurorluğun rəhbər heyətinin funksional vəzifələrinin öyrənilməsi, mülki müdafiə planlarının dəqiqləşdirilməsi, əməkdaşların təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkilində praktiki vərdişlərin artırılması olub.

Tədbirdə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək mülki müdafiənin təşkili məsələlərinin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə ardıcıl həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

FHN-in Mülki müdafiə idarəsinin rəisi Vüsal Tahirov və nazirliyin digər əməkdaşları mövzu ilə bağlı çıxış ediblər.

Məşğələdə FHN-in Mülki müdafiə idarəsi əməkdaşlarının keçirdikləri qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilmiş, məşğələ iştirakçılarının sualları idarənin məsul əməkdaşları tərəfindən cavablandırılıb, bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR