İranda Rəfsəncaninin tərəfdarları həbs edilir

İranda Rəfsəncaninin tərəfdarları həbs edilir
# 24 may 2013 11:14 (UTC +04:00)

APA-nın məlumatına görə, İranın Gilan vilayətinin Lahican şəhərində kütləvi həbslər həyata keçirilib.

Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları bir neçə tanınmış siyasi fəalı həbs edib.

Bunlar Həmid Hədisi, İbrahim Xoşsurət, Muris Bağıri və Mühəndis Cəfəridir. Onların İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin tərəfdarları olduğu və hazırda Rəşt şəhərinin mərkəzi həbsxanasında saxlanıldıqları bildirilir.

Onlar indiyədək ailələri ilə yalnız bir dəfə qısa telefon əlaqəsi saxlaya biliblər. Məlumatda həmçinin qeyd olunur ki, ETTELAAT əməkdaşları İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasının başlanması ilə siyasi fəallara zəng edərək nazirliyin şöbələrinə çağırır, evlərinə basqın edib axtarışlar aparır və bununla da qorxu, xof yaratmağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR