Ukraynada hakimiyyət və müxalifət etirazçıların Kiyevin küçələrindən getməsinə dair razılığa gəlib - YENİLƏNİB

Ukraynada hakimiyyət və müxalifət etirazçıların Kiyevin küçələrindən getməsinə dair razılığa gəlib - <span style="color: red;">YENİLƏNİB
# 25 yanvar 2014 20:16 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov bildirib.

“Tərəflər arasında əldə olunan razılığa əsasən, Kiyevin meydan və küçələri tədricən etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq”, deyə Andrey Portnov bildirib.

Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə keçirdiyi görüşdə həmçinin iğtişaşlar zamanı saxlanılan bütün etirazçıların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya haqqında qanunun qəbuluna razılıq verib. Bunun müqabilində o etirazçıların ələ keçirdikləri bütün binaların boşaldılmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR