Azərbaycanda iaşə dövriyyəsinin həcmi 20% artıb

Azərbaycanda iaşə dövriyyəsinin həcmi 20% artıb
# 19 iyun 2013 13:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 275,4 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48%-i hüquqi şəxs statuslu müəssisələrin, 52%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 135,1 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR