Azərbaycan Fransanın MBDA şirkəti ilə yeni layihələri nəzərdən keçirir

Azərbaycan Fransanın MBDA şirkəti ilə yeni layihələri nəzərdən keçirir
# 04 dekabr 2013 13:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fransanın MBDA şirkəti ilə yeni layihələri nəzərdən keçirir. Bu barədə APA-ya «Dubai Airshow-2013» beynəlxalq aviaşousunda MBDA şirkətindən məlumat verilib.

Layihələr dəniz və hava hücumundan müdafiə sistemləri (raketləri) ilə bağlıdır. Müzakirələrin detalları barədə məlumat verməyən şirkət yetkililəri danışıqların normal davam etdiyini bildiriblər.

Şirkət rəsmilərinin sözlərinə görə, hazırda MBDA Qazaxıstanla sahil təhlükəsizlik üçün raketlərin çatdırılması üzərində işləyir. Qazaxıstan 2012-ci ildə MBDA şirkətinə Exocet MM40 Block 3 raketləri sifariş verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR