Dövlət Dəniz Administrasiyasına tabeliyindəki Nəqliyyat və Texniki-Təminat İdarəsinin fəaliyyətinin təşkili üçün maliyyə ayrılıb

Dövlət Dəniz Administrasiyasına tabeliyindəki Nəqliyyat və Texniki-Təminat İdarəsinin fəaliyyətinin təşkili üçün maliyyə ayrılıb
# 25 sentyabr 2013 14:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti Azərbaycan Dövlət Dəniz Administrasiyasına (ARDDA) tabeliyindəki Nəqliyyat və Texniki-Təminat İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaiti ayırıb. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat və Texniki-Təminat İdarəsinin cari ilin sonuna qədər saxlanılması üçün Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ARDDA-ya 724020 manat vəsait ayrılıb.

Qərarda ARDDA-nın tabeliyindəki Nəqliyyat və Texniki-Təminat İdarəsinin xüsusi təyinatlı "CASPIAN STAR" gəmisinin və "VEGA" sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları da müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR