Sergey Lavrov: “Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb” - VİDEO

Sergey Lavrov: “Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb” - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 11:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Bununla belə, S. Lavrov bildirib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: “Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq”.

Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: “Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR