Azərbaycanın “Eurovision” təmsilçisi ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib

Azərbaycanın “Eurovision” təmsilçisi ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib
# 29 aprel 2014 08:43 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın “Eurovision” təmsilçisi Dilarə Kazımova ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib.

APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi hava gimnastı və üç bek-vokalçı ilə səhnəyə çıxıb. Qadın gimnastı 8-metrlik trapesiyada çıxış edib.

“Eurovision” tarixində bu ilk belə hadisədir ki, nömrə hava gimnastının iştirakı ilə qurulub.

“Start a Fire”-nin quruluşçusu İsveç rejissoru və xoreoqrafı Osa Enqmandır. Səhnə quruluşu Polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıqda həyata keçirilib.

Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında may ayının 6-da təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR