Bakıda yeni yeraltı keçid istifadəyə verilib - FOTO

Bakıda yeni yeraltı keçid istifadəyə verilib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 14:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakının Binəqədi rayonu ərazisində eyni adlı qəsəbədə yeni yeraltı piyada keçidi istifadəyə verilib.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, açılış mərasimində İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, deputat Madər Musayev və qəsəbə sakinləri iştirak ediblər.

X.İsgəndərov sakinlərin və məktəb kollektivinin müraciəti əsasında qısa müddət ərzində inşa edilmiş bu keçidin ilk növbədə piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdiyini qeyd edərək, dövlət başçısı İlham Əliyevin bütün regionlara, eləcə də Binəqədi rayonunun inkişafına daim dəstək verdiyini vurğulayıb. Tədbirdə 179 nömrəli tam orta məktəbin direktoru Kəmalə Abdullayeva, valideynlər, şagirdlər və qəsəbə sakinləri çıxış edərək əhalinin gur olduğu bu ərazidə məktəbə gedən uşaqların təhlükəli şəraitdə yolu keçdiklərini, hətta bir neçə dəfə qəza hallarının da baş verdiyini bildirərək, ölkə prezidentinə sakinlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.

Yeraltı keçidin tikintisinə cari ilin may ayında başlanılıb. Uzunluğu 78, eni 4,15 metr olan piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR