Gəncədə beynəlxalq şərab festivalı keçirilir - FOTO - VİDEO

Gəncədə beynəlxalq şərab festivalı keçirilir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2013 18:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün Gəncədə II beynəlxalq şərab festivalına həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, konfransda şərabçılığın dünyada, o cümlədən Azərbaycanda vəziyyəti, bu sahənin inkişaf etdirilməsi üçün atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın üzümçülük ölkəsi olduğunu, vaxtı ilə ölkədə 2 milyon tona yaxın məhsul istehsal edildiyin bildirib. E.Vəliyev ötən əsrin 80-ci illərində tənəzzülə uğrayan üzümçülüyün hazırda inkişaf etdirildiyin deyib.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə dövlətin üzümçülük sahəsinə göstərdiyi qayğıdan danışıb. O bildirib ki, dövlət başçısının təşəbbüsü ilə üzümçülüyün inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanıb və müvafiq qanun qəbul edilib. N.Səfərov üzümçülüyün inkişaf etdirilməsi üçün fermerlərə hər cür dəstək verildiyini də deyib.

Öz növbəsində festivalın qonaqlarından olan, Fransanın Şampan Arden regionunun prezidenti, Avropa Şərab Regionları Assosiasiyasının prezidenti Jan Pol Başi bildirib ki, festival təkcə Azərbaycanla Fransanı birləşdirmir, eyni zamanda beynəlxalq səviyyədə insanların görüş yeridir: “Şərabçılıq sahəsində çalışan şəxslər bu festivalda görüşüb fikrilərini bölüşürlər, aralarında əlaqələr yaradırlar. Bizim bura gəlməyimizin məqsədi şərab istehsalçıları ilə görüşmək, onların arasında sıx münasibətlər qurmaqdır. Həmçinin bu festival iki ölkə arasında əməkdaşlığın qurulmasına da öz töhfəsini verəcək”.

Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş katibi Frederico Castelluci isə bildirib ki, Azərbaycan bu il 45–ci ölkə kimi təşkilata üzv seçilib. Qeyd olunub ki, dünyada istehsal edilən şərabın 80 faizi təşkilata üzv ölkələrin payına düşür.

Tədbirdə Azərbaycanla Fransa arasında üzümçülük və şərabçılıq sahəsində kadr hazırlığı məsələsi də müzakirə edilib.

Qeyd edək ki, II Beynəlxalq şərab festivalı iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR