Bağdadda baş verən terror aktları ən azı 33 nəfərin ölümünə səbəb olub

Bağdadda baş verən terror aktları ən azı 33 nəfərin ölümünə səbəb olub
# 05 fevral 2014 17:36 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət qurumları və diplomatik missiyaların yerləşdiyi “Yaşıl zona”nın yaxınlığında baş verən dörd partlayış nəticəsində onlarla insan xəsarət alıb.

Partlayışlardan ikisi İraq Xarici İşlər Nazirliyinin binası önündə baş verib. Terrorçu-kamikadze tərəfindən törədilən digər partlayış “Yaşıl zona”nın yaxınlığındakı restoranda baş verib. Bomba qoyulmuş daha bir avtomobil Hilani meydanı yanında partlayıb.

Təkcə yanvarda İraqda 1000 nəfərdən çox adam terror aktlarının qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR