Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı azalıb

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı azalıb
# 13 mart 2014 12:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda 4 521,2 min nəfər və ya əvvəlki illə müqayisədə 1,7% çox ölkə əhalisi iqtisadiyyatda əmək fəaliyyəti ilə məşğul olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə. məşğulluq səviyyəsi ölkə üzrə 61,4% olmaqla, kişilər arasında 65,3%, qadınlar arasında isə 57,7% təşkil edib. Bu göstərici keçən il müvafiq olaraq 61,2%, 64,9%, 57,6% olub.

Ötən il ərzində məşğul əhalinin 1 175,7 min nəfəri dövlət bölməsində, 3 345,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Məşğul əhalinin 37,1%i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 14,7%-i ticarət; nəqliyyat vasitələrinin təmirində, 8,1%-i təhsildə, 7,0%-i tikintidə, 6,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminatda, 5,0%-i emal sənayesində, 4,1%-i nəqliyyat və anbar təsərrüfatında, 17,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu il yanvar ayının 1-nə ölkə üzrə işsizlik səviyyəsi 5,0% olub ki, bu da əvvəlki illə müqayisədə 0,2%-i bəndi azadır. İşsizlərin sayı keçən illə müqayisədə 6,5 min nəfər azalaraq 236,6 min nəfər təşkil edib. Bu göstərici kişilər üzrə keçən ilə nisbətən 5,0 min nəfər azalaraq 98,5 min nəfər təşkil edib, qadınlar üzrə isə 1,5 min nəfər azalaraq 138,2 min nəfər olub.

Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı keçən ilə nisbətən 585 nəfər azalaraq 36 206 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR