Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda ötən ay baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda ötən ay baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 15 may 2013 09:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Baş Polis İdarəsi Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 7-si saat 10 radələrində Qədirli küçəsində yaşayan Bəsti Mirzəyeva evdən çıxıb və bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində itkin düşən B. Mirzəyevanın meyiti Xətai rayonu Ş. Səmədov küçəsində inşa olunan yarım tikilidə basdırılan vəziyyətdə aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, B. Mirzəyevanı aprelin 11-də Göyçay rayon sakini Sübhan Məmmədov kirayədə yaşadığı Ş. Səmədov küçəsindəki evdə mələfə ilə boğaraq qətlə yetirib. Qətldə şübhəli bilinən S. Məmmədov polis tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR