Saxlanılan şəxslərdən qadağan olunmuş əşyalar götürülüb

Saxlanılan şəxslərdən qadağan olunmuş əşyalar götürülüb
# 05 iyun 2014 10:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri məhkumlardan qadağan olunmuş əşyalar götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Emin Şahin oğlu Əsgərovun üzərinə və kamerasına baxış keçirilən zaman əynində olan şalvarın cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən həbs edilmiş şəxs Samir Zahid oğlu Musayevin üzərinə və kamerasına baxış keçirilən zaman ayaqqabısının içindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilib.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR