Sakinlərin APA-ya verdiyi məlumata görə, güclü külək 26-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının damını uçurub.
Nəticədə ərazidə olan bir neçə avtomobilə ziyan dəyib.
Dam örtüyünün uçması nəticəsində elektrik naqilləri qırılaraq sıradan çıxıb.