Azərbaycan Cinayət Məcəlləsinin daha bir mühüm maddəsinə ciddi dəyişiklik edilir

Azərbaycan Cinayət Məcəlləsinin daha bir mühüm maddəsinə ciddi dəyişiklik edilir
# 19 may 2014 14:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmağa, belə birləşmələrin, qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməyə görə cəzaların müddəti ən yuxarı həddə qədər artırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 279.3-cü maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, yuxarıda sadalanan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Hazırda bu cinayətə görə cəza 8 ildən 15 ilə qədərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR