Ödənişli əsaslarla seçki təşviqatı aparmaq istəyən KİV-in bildiriş təqdim etməsi üçün son tarix sentyabrın 1-də bitir

Ödənişli əsaslarla seçki təşviqatı aparmaq istəyən KİV-in bildiriş təqdim etməsi üçün son tarix sentyabrın 1-də bitir
# 29 avqust 2013 16:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Seçkiqabağı təşviqata ödənişli əsaslarla qoşulmaq barədə qərar qəbul etmiş KİV-in bildiriş təqdim etməsi üçün son tarix sentyabrın 1-də bitir.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkiqabağı təşviqata ödənişli əsaslarla qoşulmaq barədə qərar qəbul edən KİV-lər sentyabrın 1-dək MSK-ya müraciət etməlidir.

Məlumatda o da qeyd olunub ki, bu günədək 18 qəzet, 16 informasiya agentliyi və internet qəzet, həmçinin 2 televiziya ödənişli təşviqata qoşulmaq niyyətini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR