İsrailin baş naziri Fransa və Böyük Britaniyadan İrana təzyiqləri davam etdirmələrini istəyib

İsrailin baş naziri Fransa və Böyük Britaniyadan İrana təzyiqləri davam etdirmələrini istəyib
# 13 oktyabr 2013 20:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu ilə Fransa prezidenti Fransua Olland və Böyük Britaniyanın baş naziri Devid Kameron arasında telefon danışığı olub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İranın nüvə proqramı əsas müzakirə mövzusu olub. B. Netanyahu hər iki liderdən İrana qarşı təzyiqləri davam etdirmələrini və sanksiyaların yüngülləşdirilməməsi istiqamətində addım atmamalarını istəyib.

İsrailin baş naziri İrana qarşı sanksiyaların son hədəflərinə yaxınlaşdığını və bu mövzuda geri çəkilməməsi lazım olduğunu söyləyib: “İran öz nüvə proqramından tamamilə imtina etmədiyi müddətcə bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməməsi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR