Türk Hava Yolları Krıma aviareysləri bərpa edir

Türk Hava Yolları Krıma aviareysləri bərpa edir
# 14 aprel 2014 15:54 (UTC +04:00)

Bakı – APA. Türk Hava Yolları (THY) Rusiya tərəfindən ilhaq olunan Krıma aviareysləri bərpa etmək qərarına gəlib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, THY-nin Rusiya təmsilçiliyi Krıma müntəzəm reyslərin bərpa olunacağını açıqlayıb. Təyyarə reyslərinin iyun ayında başlaması planlaşdırılır.

Xatırladaq ki, THY Krımda vəziyyətin gərginləşdiyi mart ayında Simferopola təyyarə reyslərini dayandırıb. Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımasa da, Simferopola reyslər bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR