Gəncədə gənc qız taksidə soyğunçuluğa məruz qalıb

Gəncədə gənc qız taksidə soyğunçuluğa məruz qalıb
# 27 iyul 2013 10:51 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakıdan Gəncəyə gələn 19 yalı qız taksidə soyğuna məruz qalıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ə. Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Abbas Səhhət xəstəxanasının yaxınlığında, Bakıdan Gəncəyə gəldiyi taksidə sürücü onunla zorla cinsi əlaqədə olmağa cəhd edib. Buna nail ola bilməyən sürücü daha sonra onun çantasından 400 manat pulu götürərək qaçıb. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü, Bakı şəhər sakini, xuliqanlıq hərəkətlərinə görə məhbusluq həyatı yaşayan, 1979-cu il təvəllüdlü Rza Nadirov olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR