Mingəçevirdə zənçirvari qəzada 5 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Mingəçevirdə zənçirvari qəzada 5 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO
# 13 yanvar 2014 11:07 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün 13:00 radələrində Mingəçevir şəhərinin Sağ sahil qəsəbəsindəki Təbriz küçəsində qeydə alınıb. Sürücülərin diqqətsizliyi və yüksək sürət səbəbindən 44-BJ-355 dövlət nömrə nişanlı “VAZ 2106”, 10-FR-628 dövlət nömrə nişanlı “VAZ 2106”, 25-BG-185 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 10-UT-231 dövlət nömrə nişanlı “Opel” və 90-VK-593 dövlət nömrə nişanlı “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı sürücünün səhvi səbəbindən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR