Hicran Hüseynova: “Azərbaycanda uşaq və urbanizasiya problemləri vaxtında həll olunur”

Hicran Hüseynova: “Azərbaycanda uşaq və urbanizasiya problemləri vaxtında həll olunur”
# 11 noyabr 2013 10:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda çox güclü uşaq siyasəti aparılır və bunun nəticəsində uşaq və urbanizasiya problemi bır sıra ölkələrdə olduğu kimi, gündəlikdə ən vacib problemlər kimi durmur. Bu problem vaxtında və zamanında həll olunur”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda həyata keçirilən inkişaf proqramları kənd yerlərində lazımi şəraitin yaradılmasına və bunun nəticəsində uşaqların təhsil və tibb xidmətlərindən istifadəyə şərait yaradır.

H. Hüseynovanın sözlərinə görə, bir çox hallarda urbanizasiya probleminin qarşısını almaq mümkün olur: “Azərbaycanda bır sıra dövlət proqramları uşaqların lazımı səviyyədə təhsil alması, asudə vaxtlarının təşkili üçün şəraitin yaratmasına yönəlib. Azərbaycanda qadın, uşaq problemlərinin həll üzrə kifayət qədər çox yaxşı mütəxəssislər var. Mütəxəssislər ehtiyac duyulan ölkələrdə öz təcrübələrini bölüşməyə hazırdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR