Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan əleyhqazlar sifariş verib

Azərbaycan Silahlı Qüvvələri yerli istehsal olan əleyhqazlar sifariş verib
# 22 aprel 2014 09:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələri Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan əleyhqazlar sifariş verib.

Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Hazırda nazirliyin müəssisələrindən biri Silahlı Qüvvələrin sifariş verdiyi əleyhqazların istehsalı və çatdırılması işləri ilə məşğul olur.

Azərbaycan istehsalı olan əleyhqazlar orduda istifadə olunan keçmiş sovet istehsalı olan əleyhqazlardan çəkisi və istifadəsinin rahatlığına görə fərqlənir. Bu qoruyucu vasitələrin istehsalında müasir texnologiyalardan istifadə olunur.

İlk dəfə 2013-cü ildə Türkiyədə, ötən həftə isə Malayziyada keçirilən hərbi sərgilərdə nümayiş etdirilmiş əleyhqazla bir neçə xarici ölkənin silahlı qüvvələri də maraqlanmağa başlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR