Gürcüstan nümayəndələri Bakıda keçiriləcək NATO-nun "Rose-Roth" seminarında iştirak edəcək

Gürcüstan nümayəndələri Bakıda keçiriləcək NATO-nun "Rose-Roth" seminarında iştirak edəcək
# 11 iyun 2014 20:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini David Dondua bildirib.

D. Dondua APA-ya açıqlamasında qeyd edib ki, iyunun 16-da seminarda iştirak etmək üçün Bakıya yola düşəcək: “Bu tədbir Tiflisdə də keçirilib. Bu il Bakıda təşkil olunur. NATO Baş Assambleyasının “Rose-Roth” seminarında 28 üzv ölkə, eyni zamanda assosiasiya olunan tərəfdaş ölkələr iştirak edəcək. Gürcüstan tədbirə assosiasiya olunan tərəfdaş ölkə kimi qatılacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR