Azərbaycanda 13 yaşlı uşaq avtomobil qəzası törədib, bir nəfər ölüb, bir nəfər yaralanıb - VİDEO

Azərbaycanda 13 yaşlı uşaq avtomobil qəzası törədib, bir nəfər ölüb, bir nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 22 avqust 2013 10:36 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar Rəhimzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Astara rayon sakini, 2000-ci il təvəllüdlü Şamil Rafiq oğlu Əsədullayevin idarə etdiyi 15 BB 515 dövlət nömrə nişanlı, “VAZ-2106” markalı avtomobillə rayonun Kolatan kənd sakini, 1981-ci il təvəllüdlü Taleh Ağamirzə oğlu Əliyevin idarə etdiyi Rusiya nömrə nişanlı, “Passat” markalı minik avtomobili toqquşub.

Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayıb.

“Passat”ın sərnişini, Masallı rayonunun Bədəlan kənd sakini, 1972-ci il təvəllüdlü Rasif Xanlar oğlu Gözəlov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə zamanı “Passat”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin versiya kimi, qəzaya hər iki avtomobilin yüksək sürətlə idarə olunması və düzgün manevr seçməməsi səbəb göstərilir.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR