ARDNŞ Qaradağda Tullantı Mərkəzi tikəcək

ARDNŞ Qaradağda Tullantı Mərkəzi tikəcək
# 05 iyun 2014 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti Qaradağ rayonunda Tullantı Mərkəzinin tikintisinə başlayacaq. Cari ilin iyul ayında mərkəzin təməlqoyma mərasimi keçiriləcək.

APA-Economics”in məlumatına görə, bunu ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, investisiya dəyəri 4 mlrd. dollar olan mərkəzin tikintisi BP şirkəti tərəfindən maliyyələşdiriləcək, ARDNŞ isə bu mərkəzin layihələndirmə işi ilə məşğul olacaq.

R.Hüseynzadə bildirib ki, layihənin tikinti müddəti 2 il çəkəcək. O həmçinin bildirib ki, layihənin tikintisi üçün xarici ekspertlərdən ibarət işçi qrupu artıq formalaşdırılıb.

Daha sonra vitse-prezident mərkəzin lay sularının təmizlənməsində istifadə olunacağını, gələcəkdə Sanqaçalda qurulan qurğuların Qaradağdakı mərkəzə yönəldiləcəyini və burada yeni lay su təmizləyici, nefti sudan ayıran yeni qurğuların inşa ediləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR